XƏBƏR AXIŞI

Bacısına mesaj yazanı öldürənlə bağlı hökm qüvvədə qaldı

  • 73 nəfər oxuyub

Bacısına mesaj yazanı öldürməkdə təqsirləndirilən 18 yaşlı Mirismayıl Hüseynovun barəsində olan cəzanın ağırlaşdırılması üçün prokurorun verdiyi protest və zərərçəkmişin verdiyi şikayət üzrə məhkəmə prosesi yekunlaşıb.

Hakim Abid Abdinbəyovun icraatında olan prosesdə qərar elan olunub.

Qərara əsasən, hökm qüvvədə saxlanılıb, hər iki tərəfin müraciəti təmin edilməyib.

Qeyd edək ki, hadisə 2016-cı il dekabrın 14-də Bakının Nəsimi rayonunda "Memar Əcəmi" metrostansiyasının qarşısında baş verib. M.Hüseynovun valideynləri boşanıb. O, atası ilə, 13 yaşlı bacısı isə İmişli rayonunda anası ilə yaşayıb. İmişliyə gedən Mirismayıl Hüseynov bacısının telefonunda onun 21 yaşlı Ələkbər Muxtarovla yazışmasını görüb. O, daha sonra başqa profil açaraq Ələkbərə yazmağa başlayıb. Ə.Muxtarov ona saxta profildən yazıldığını hiss edib və həmin şəxsi bloka atıb. Bundan sonra M.Hüseynov bacısının telefon nömrəsindən  Ələkbərə zəng edib və onunla görüşmək istədiyini deyib. Əsgərlikdən yeni gələn Ələkbər görüşə gəlməyə razılaşıb və M.Hüseynov onu oradaca bıçaqlayaraq öldürüb.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Hüseynov 5 il müddətinə azadlıqdan məhrum edilib. /qafqazinfo


7news.Az