XƏBƏR AXIŞI

“AZƏRBAYCANIN İŞĞAL OLUNMUŞ ƏRAZİLƏRİNİN TURİZM POTENSİALI” adlı layihə həyata keçirilib

  • 142 nəfər oxuyub
XX əsrin sonlarında dünyanın ən böyük işğal faciəsini Azərbaycan yaşayıb.  
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində  ortaya çıxan statistik göstəricilər, hər bir azərbaycanlının qəlbində dərin iz salır.  Hərbi təcavüz respublikamızın  17 min kv.km. ən məhsuldar torpaqlarının işğalınna səbəb olub.  Ancaq, Dağlıq Qarabağ bölgəsində və ətraf rayonlarda Azərbaycanın milli mədəniyyət ocaqlarına erməni təcavüzkarlarının vurduqları ziyanı dəqiq hesablamaq mümkün deyil, çünki talan və məhv edilmiş sərvətlər nəinki Azərbaycanın, həm də bütün dünya sivilizasiyasının misilsiz mədəniyyət nümunələridir. Əhaliyə vurulmuş mənəvi – psixoloji zərbə ilə bərabər, ilkin və axıradək müəyyənləşdirilməmiş məlumata görə, Azərbaycan iqtisadiyyatına  milyard larıa ABŞ dolların  həcmdə ziyan dəyib. Təbii ki, turizm potensialına dəyən siyanı da bu siyahıya əlavə etmək olar. Bu məqama uşaqlaırn  yanaşmasını öyrənmək, onlarda məlumatin yaranmasına şərait yaratmaq məsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  dəstəyi ilə "Turizmin İnkişafına Kömək” İctimai Birliyi Azərbaycan Turizm və Menecment Universiteti ilə birlikdə "AZƏRBAYCANIN İŞĞAL OLUNMUŞ ƏRAZİLƏRİNİN TURİZM POTENSİALI” adlı layihə həyata keçirmişdir. Layihə çərçivəsində müsabiqə elan edilmişdir. Müsabiqə şərtlərinə görə A4 səhifədə Times New Roman şriftilə 14 ölçüdə və 2-5 səhifə həcmində işğal olunmuş ərazilərin turizm potensialı barədə inşa yazı hazırlanaraq münsiflər heyətinə təqdim edilmişdir. Təqdim edilən inşalar seleksiyadan keçmiş və kitab halında çap edilmişdir. Müsabiqəyə ölkənin bütün ali məktəblərində təhsil alan bakalavr  tələbələri qoşumuşlar və ilk 3 maraqlı inşa mükafatlandırılmışdır.