XƏBƏR AXIŞI

Azərbaycanda hər kəs bu oğlandan danışır - 110-luq yola çıxdı və... – VİDEO

  • 477 nəfər oxuyub

Piyada Bakı Dairəvi yolunda hərəkət edən nəqliyyat vasitələrinə həyəcanlı anlar yaşadıb.

Məsuliyyətsiz vətəndaş avtomobillərin yüksək sürətlə hərəkət etməsinə baxmayaraq, siqaret çəkə-çəkə yolu keçmək istəyib.

 

Görüntülərdə yüksək sürətlə hərəkət edən avtomaşının yoldan çıxdığı öz əksini tapıb. Sürücü piyadanı vurmamaq üçün hərəkət istiqamətini dəyişib.

Videonu çəkən sürücü bildirib ki, həmin yolda qanunsuz olaraq hətta dəmir arakəsmələri götürüblər və piyadaların yolu keçməsini asanlaşdırıblar.

Qeyd edək ki, görüntülərdə tarix səhv göstərilib, video bu gün çəkilib.

Həmin yolda sürət həddi 110 km/saat-dır./oxu


Ağızdan gələn pis qoxunun səbəbi məlum oldu!