XƏBƏR AXIŞI

Azərbaycana qarşı ‘‘ikinci FETÖ’’ bəlası: İranla İngiltərənin ortaq ‘‘Mustafa İslamoğlu’’ proyektinin gizlinləri - FAKTLAR

  • 52 nəfər oxuyub

Türkiyəli "ilahiyyatçı”, qardaş ölkədə belə "azğın” hesab edilən iranyönümlü  Mustafa İslamoğlunun "İslam nədir?” kitabının Azərbaycanda çapa hazırlanması barədə Yeniçağ.Az-da dərc olunan "MTN Dini Komitənin razılığı ilə Türkiyənin "uşaqbaz ilahiyyatçı”sının kitabını çap edir (?) – skandal” məqaləsi (http://yenicag.az/mtn-dini-komitenin-raziligi-ile-turkiyenin-iranyonumlu-usaqbaz-ilahiyyatcisinin-kitabini-cap-edir-skandal/) bu təşəbbüsü ortaya atanların yuxusunu ərşə çəkib. 

Həmin məqalədə M.İslamoğlunun gerçək kimliyi, "ilahiyyatçı” libasına bürünərək, Türkiyədə İranın fars-molla rejiminin təbliği və İslam İnqilabının təbliğinə və Ərəb baharının Azərbaycana ixracına yönələn pozuculuq fəaliyyətindən geniş bəhs olunub. O cümlədən, bu ləkəli nüfuz sahibinin Azərbaycana da əl uzadaraq, öz ideyalarını ölkəmizdə beyinlərə həkk etdirmək üçün şəbəkə qurmaq niyyəti, sözügedən istiqamətdə fəaliyyəti diqqətə çatdırılıb. Yeniçağ.Az-ın qeyd olunan yazısında M.İslamoğlunun natəmiz bioqrafiyasında "qırmızı xətlə” keçən uşaqbazlığa görə məhkəmə qərarı ilə həbs cəzasına məhkum edildiyi də öz əksini tapıb.

Təbii, tərcümeyi-halı bu qədər çirklənmiş birinin qələmindən çıxan kitabın Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin müsbət rəyi əsasında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanda nəşrə hazırlanması əhəmiyyət verilməyəcək bir hal deyil. Ona görə də "İslam nədir?” kitabının ölkədə çap olunmasına hazırlıq məsələsini geniş surətdə ictimailəşdirməyi vacib saydıq. Lakin artıq vurğulandığı kimi, Yeniçağ.Az-ın bu addımı M.İslamoğlunun Azərbaycandakı MİRzələrİni özünəbəraət instinktinin təsiri altında uğursuz "əks-hücum”a sövq edib.

Mövzunun aktuallığını və Azərbaycan əleyhinə dini-siyasi müstəvidə yeni təhlükəli planın gerçəkləşməsi üçün düyməyə basıldığını nəzərə alaraq, ictimai diqqəti M.İslamoğlunun timsalında ölkəmizə ayaq açan neqativ tendensiyalara yönəldirik.

Mustafa İslamoğlu kimdir?

"İlahiyyatçı” Mustafa İslamoğlunu az qala "dinin xilaskarı” və "Azərbaycanın böyük dostu” timsalında təqdim edənlərin sabun köpüyündən də kövrək "arqumentlər”inin puçluğunu göstərmək üçün bu şəxsin bioqrafiyasının mühüm detalllarına təkrar işıq tuturuq. İranın Türkiyədəki 3 əsas rezidentindən biri olan (Nurəddin Şirin ilə birlikdə), fars-molla rejiminin təbliğatçısı   M.İslamoğlu Misirdə təhsil aldığı dönəmdə iranlı emissarların təsirinə düşərək, İslam İnqilabı ideologiyasının daşıyıcısına çevrilib. Misirdə İran İslam İnqilabının əsas müdafiəçisi hesab edilən Həsən əş-Şahhatın tələbəsi olan M.İslamoğlu bu istiqamətdə "fəaliyyət”ini daha da genişləndirib. Nəticədə, tələbə ikən  "Hizbullahi cihadçı” cərəyanını dəstəkləyən İranyönümlü radikal dinçi bir şəbəkə olan ”Salam Qrupu”na (Tanınmış yazar Uğur Mumçunun qətlini sifariş verən terror təşkilatı) qoşulan M.İslamoğlu bir müddət IBDA/C (İslami Büyükdoğu Akincilar Cephesi) terror təşkilatının "zərbə qüvvəsi”nə daxil edilib. Bu şəbəkə Türkiyədə məscidlərin, dini azlıqlara məxsus məbədlərin, media orqanlarının, Atatürkün heykəllərinin, oyun və əyləncə mərkəzlərinin, iş adamlarının hədəfə alındığı, ölkədə çaxnaşma yaratmağa hesablanmış çoxsaylı terror aktlarını həyata keçirib. Həmin şəbəkənin fəal nümayəndəsi olan M.İslamoğlu sadalanan hücumlarda aktiv iştirak edib.

http://yenicag.az/files/uploads/2017/01/yencag.az_2017-01-12_08-00-56-300x158.jpg 300w" sizes="(max-width: 580px) 100vw, 580px" style="box-sizing: border-box; border-width: 0px; border-style: initial; vertical-align: middle; display: block; margin: 5px auto; max-width: 100%; height: auto;" />Bu şəxs təhsilini bitirib, geri döndükdən sonra Türkiyə gəncliyini İran İslam İnqilabı ideologiyasına cəlb etmək üçün Tehrandan aldığı təlimat əsasında planlı fəaliyyət göstərib. Onun bu sözləri İranın Türkiyə gəncliyinin şüuruna nüfuz edərək, ölkəni sarsıtmaq niyyətinin dərinliyini əyani çəkildə təsdiqləyir: "Müsəlmanların hakimiyyətə gəlməsi və mövcud hakimiyyətin zəiflədilməsi üçün ən yaxşı yol müsəlman gənclərin küçələrə axışmasıdır”. Belə bir şüur sahibini "ilahiyyatçı” adı altında Azərbaycan cəmiyyətinə sırımaq cəhdinə özünüz qiymət verin.

Mustafa İslamoğlu: "Türkiyə Suriyanın İranın olmasını qəbul etməlidir”

Türkiyədə və Yaxın Şərqdə cərəyan edən son proseslər  M.İslamoğlunun İranın maraqlarının ifadəçisi olduğunu bir daha təsdiqlədi. Bu videomaterialda çıxış edən M.İslamoğlu Suriyada Bəşər Əsəd rejiminin hakimiyyətdən kənarlaşdırılmasının, bu ölkənin idarəçiliyinin İrana verilməsinin zəruriliyindən bəhs edir (https://www.youtube.com/watch?v=3XXkrVlsxxw). Bir din xadiminin qlobal güclərin müharibə meydanına çevirdikləri, Türkiyə üçün mühüm əhəmiyyət kəsb edən Suriyanın aqibəti ilə bağlı İranyönlü mövqe bildirməsi nə dərəcədə təsadüfi sayıla bilər? Hər halda, Türkiyə tarixindən məlumatlı olan M.İslamoğlu əla bilir ki, Suriyanın da daxil olduğu Yaxın Şərq regionu beş əsr Türkiyənin (Osmanlı İmperiyası) ərazisi olub və İstanbuldan idarə edilib. O baxımdan, Suriyanın başqa bir dövlət tərəfindən idarə olunması məsələsi gündəmə gələrsə, bu statusa ən çox haqqı olan dövlət məhz Türkiyədir. Məlumdur ki, İranın son minillikdə  Suriyada hər hansı mövcudluğu olmayıb. Bunu bilən Türkiyəli "ilahiyyatçı”nın Suriyada İran hegemonluğunun bərqərar edilməsindən danışması M.İslamoğlunun "ip”inin haradan dartıldığını bəlli edir. Onun İrana qarşı istənilən tənqidi ağrı ilə qarşılaması, bu hərəkətlərin "İsrailin üzünü güldürdüyünü” iddia etməsi də adamın düşüncəsinə tam aydınlıq gətirir. Bu əslində klassik kripto irançı baxışıdır. İranı müqəddəsləşdirən, 35 milyonluq soydaşımızın hüquqlarını pozduğu halda buna səssiz qalmasını ‘‘İsrail sevinməsin’’ yalanı ilə ört-basdır edənlərin istifadə etdiyi ənənəvi metoddur.

Uşaqbaz "din xadimi” hansı əxlaqın sahibi ola bilər? 

http://yenicag.az/files/uploads/2017/01/yencag.az_2017-01-12_07-58-23-300x221.jpg 300w" sizes="(max-width: 475px) 100vw, 475px" style="box-sizing: border-box; border-width: 0px; border-style: initial; vertical-align: middle; display: block; margin: 5px auto; max-width: 100%; height: auto;" />Yuxarıda bildirildiyi kimi, uşaqbazlığa görə aldığı həbs cəzası M.İslamoğlunun bioqrafiyasında "şərəfli” yer tutur. M.İslamoğlunun Azərbaycandakı dəstəkçiləri bu faktı inkar etməyə çalışsalar da, əldə olan rəsmi sənədlər "hoca”nın bir oğlan uşağına təcavüz etdiyinin və bu namussuz əmələ görə həbs cəzası çəkdiyinin təkzibedilməz isbatıdır. Həmin sənədlərə əsasən, M.İslamoğlu 1980-ci ilin yayında Ankaranın Dəvəli səmtində dini dərs verdiyi şagirdinə təcavüz ittihamı ilə həbs olunub və onun cinayəti məhkəmədə sübuta yetirilərək, azadlıqdan məhrum edilib. M.İslamoğlu bu faktın təkzibolunmazlığını başa düşərək, məsələnin Türkiyə millətçiləri tərəfindən müntəzəm işıqlandırıldığını deməklə kifayətlənmək məcburiyyətində qalıb. Onun uşaqbazlıq ittihamı ilə həbs cəzası almadığını iddia edənlər və ya həmin məlumata inanıb-inanmamaqda tərəddüd edənlər bu sənədlərə diqqətlə baxsınlar (http://gercektarihvekultur.blogspot.com.tr/2011/07/mustafa-islamoglu-livataescinsel-iliski.html).

Fətullah Güləni əvvəl tərifləyib, sonra söyməyə məcbur olan İslamoğlu

Türkiyədə "Paralel dövlət” yaradaraq, ölkənin bütün mühüm strukturlarına nüfuz etməklə, dövlət idarəçiliyini ələ keçirməyə çalışan terrorçubaşı Fətullah Gülən uzun müddət M.İslamoğlu tərəfindən "ustad” statusunda qəbul edilib. M.İslamoğlu özünün 2012-ci ildə nəşr etdirdiyi "Şəxsiyyət yazıları” kitabında FETÖ liderini "Allahın vəzifələndirdiyi müqəddəs şəxsiyyət” adlandırıb. Bir videosunda isə terrorçubaşı üçün ‘‘O bizim hocamız. Bir Fətullah hoca yetişdirin, Fətullah hocanın ayaqqabısını yetişdirin, alnınızdan öpüm’’ deyib.

Lakin bu adam 15 iyul çevriliş cəhdindən sonra digər kriptolar kimi Gülənə münasibətini 180 dərəcə dəyişərək, FETÖ-nun alovlu tənqidçisi obrazına girib. Bu fakt da M.İslamoğlunun ardıcıllıq və sadiqlik kimi "keyfiyyət”lərini qiymətləndirməyə imkan verir (http://www.medyatimes.com/gundem-haberleri-mustafa-islamoglu-f.gulen-allah-tarafindan-gorevlendirildi-9543.html).

Atası da ondan imtina edib

M.İslamoğlunun yuxarıda əks olunan və olunmayan əməlləri onun doğmalarının da ciddi narazılığına səbəb olub. Atası Əhməd İslamoğlu hətta oğlunun islaholunmaz vəziyyətə düşdüyünü görərək, övladından imtina edib. Belə bir çətin addımı atmağın Ə.İslamoğluna hansı mənəvi əzab bahasına başa gəldiyini təsəvvür etmək mümkündür. Eyni zamanda, dindar bir ata üçün yolunu azmış övladın valideyni olmaqdan imtina etməsi təbii qarşılanmalıdır. Ə.İslamoğlu bu gün də onu ziyarətə gələnlərdən oğlunun islah olunması üçün dua etmələrini istəyir. Ən dəhşətlisi isə budur ki, böyük İslamoğlu kiçik İslamoğlu barəsində "Kaş ki onun atası olmayaydım” gileyini ünsiyyətdə olduğu hər kəsə bildirir (http://www.ihvanlar.net/2014/01/05/mustafa-islamoglunun-babasi-keske-onun-babasi-olmasaydim/).

İslamoğlunu "oynadanlar” və ona "oynayanlar” 

Mustafa İslamoğlu haqqında yazılara əsəbi və panik reaksiya verənlərin bu formada narahatlığı əlbəttə ki, səbəbsiz deyil. Hər halda, M.İslamoğlunun ortaya çıxan yeni MİRzələrİ onu müdafiə etmək üçün tarixlər arasında çaşdırıcı "gəzinti” edərək, "hoca”larının bir Azərbaycan heyranı olduğunu təlqin etməyə başlayıblar. İrəli sürülən iddialarda onun Azərbaycanı "çox sevdiyini”, hətta oxuduğu xütbələrdə belə ölkəmizi təqdir etdiyi bildirilir. M.İslamoğlunun Azərbaycandakı təəssübkeşləri bu işə o qədər aludə olublar ki, tarixi təhrif etməklə bərabər, Türkiyə Diyanət İşləri Başqanlığını da zərbə altında qoyduqlarını nəzərdən qaçırdıblar. Belə ki, İslamoğlu Azərbaycan hakimiyyətini hədəf seçən yazısını Bakıdan getdikdən sonra yazıb və başlıq ‘‘Can Azərbaycan’’ olsa da, məzmun etibarı ilə iranlı ayətullahların ölkəmizə olan mövqeyindən seçilməyən bir yazıya imza atıb.

M.İslamoğlunun Azərbaycana və onun iqtidarına "xoş münasibəti” onun ölkəmizə 2009-cu il səfərindən sonra qələmə aldığı "Can Azərbaycan”  məqaləsindən də açıq görünür. Onun bu məqaləsində Bakıda məscidlərlə bağlı vəziyyətin heç də ürəkaçan olmadığı qeyd edilib:

"Təyyarəmiz ölkə əhalisinin yarısının yerləşdiyi 4 milyonluq Bakı üzərində hərəlkət edərkən, gözlərim minarələri axtarır, amma tapa bilmir. Yerə endiyimizdə öyrənirəm ki, Bakıda minarəli məscidlərin sayı bir əldəki barmaqların sayından çox deyil. Minarələr şəhərin şəhadətnamələridir. Şəhərin müsəlman mənsubiyyətini minarələr təsdiq edərlər. Lakin Köhnə Bakıda məscidlərin daha çox turizm suvenirləri satılan dükanlar olduğunu görmək çox məyusedicidir”.

Ərəb baharından az öncə gerçəkləşən səfərdən sonra qələmə alınan yazı isə bu cümlə ilə bitir: ‘’Kayseriyə yaz gələr də, Ərciyəzə gəlməzmi?’’

Necə deyərlər, şərhə ehtiyac yoxdur. Bundan başqa, Türkiyədə təşkil olunan antiAzərbaycan mitinqlərin də birbaşa M.İslamoğlunun ofisindən idarə olunması şəxsin ölkəmizə münasibətinin göstəricisidir. Ərəb baharı zamanı Azərbaycan Hicab aksiyaları keçirib, dövlətlə kəllə-kəlləyə gələnlərin Türkiyədəki simsarı məhz Mustafa İslamoğlu və yaxın dostu Nurəddin Şirin olub. Elə ‘‘Can Azərbaycan’’ yazısında təriflənən iki şəxsdən biri vətənə xəyanət ittihamı ilə 10 il azadlıqdan məhrum edilmiş Elşən Mustafaoğludur. Digər təriflənən şəxslərdən biri isə nə qədər də qəribə olsa, ölkədə radikal dindarların əsas sponsorlarından sayılan və bir müddət həbsdə yatmış ‘‘Texnikabank’’ın İdarə Heyətinin sabiq sədri Samir Hüseynovdur. Yəni, 2009-cu ildə ölkəmizə ilk dəfə soxulmağı bacaran şəxsin qarşısındakı iş İrana aqressiv münasibətdə olan sünnilər (sələfilər, xəvariclər və digərləri) arasında özünə tərəfdar toplamaq idi. Bunun üçün radikal xəvariclərin liderləri ilə əlaqə yaradıldı, Türkiyəyə aparıldı. Ancaq Azərbaycan dövləti bu təhlükənin qarşısını vaxtında ala bildi.

Bir kitabı yayımlansa, nə baş verəcək? 

Sözsüz, M.İslamoğlunun məlum kitabının Azərbaycanda nəşr olunması məsələsinə də kompleks şəkildə yanaşılmalıdır. Hətta deyə bilərik ki, İŞİD lideri əl-Bağdadi  də əksəriyyətin müsbət rəy verə biləcəyi bir kitab yaza bilər. Yəni İŞİD liderinin kitabında zərərli heç nə yoxdursa, o "əsər” mütləq çap edilməlidirmi? O baxımdan, M.İslamoğlunun da bir-iki kitabına deyil, konkret əməllərinə görə qiymət verilməsini doğru sayırıq. Xatırladaq ki, FETÖ lideri də ictimai rəydəki mövqeyini yazdırdığı kitablar sayəsində möhkəmləndirirdi. Ancaq burada əsas məqam müəllifin kitabda yazdıqları yox, gerçək düşüncələri və əməlləridir. Onun üçün də dövlət üçün dini ekspertiza işi ilə məşğul olanların sadəcə kitab oxumaqla deyil, bu kimi təhlükələrdən də xəbərdar olmaları lazımdır. Əks halda, ‘‘nə var bu kitabda’’ deyərək, ikinci Fətullahı öz əlimizlə ölkəyə soxacağıq.

İslamoğlunun Azərbaycanda böyük media planı

M.İslamoğlunun Azərbaycandakı tərəfdarları vasitəsilə burada şəbəkələşmək niyyəti təbii ki, onların ölkəmiz əleyhinə hazırladıqları planın icrasına başladıqları mənasını verir. Məlumata görə, M.İslamoğlu ölkəmizdəki MİRzələrİ ilə Avropa ölkələrində silsilə görüşlər keçirərək, öz təlimatlarını tet-a-tet təmaslarda çatdırıb. Buradan belə nəticəyə gəlmək olar ki, "hoca” ilə tərəfdarları planlarının ifşa olunmaması üçün bu barədə internet vasitəsilə əlaqə saxlamaqdan çəkiniblər. M.İslamoğlunun Azərbaycanda formalaşdırdığı şəbəkənin fəaliyyətindən belə görünür ki, "hoca” ölkəmizdə geniş imkanlara malik media orqanları yaratmaq niyyətindədir. Azərbaycanda geniş media şəbəkəsi qurmaqda əsas məqsəd ölkədə dindar əhalinin sünni hissəsində İrana yönələn münasibəti maksimum yumşaltmaqdır. Qeyd edək ki, M.İslamoğlu bir müddət əvvəl özünü  Türkiyədəki yayım orqanlarının (Hilal TV və s.) Azərbaycanda ofislərini açmağa cəhd göstərsə də, buna imkan verilməmişdi. İndi isə o həmin planı yerli tərəfdarlarının əli ilə həyata keçirməyi düşünür. Bu çərçivədə maraq doğuran suallardan biri də M.İslamoğlunun muzdlu MİRzəsinin Azərbaycan mediasını kimin göstərişi əsasında "təqib etdirməsi”dir. Ümumiyyətlə, Azərbaycanda medianın təqibi üçün sərf olunan 2 milyon dolların neçə faizi İslamoğlunun payına düşüb? Cavabını gözləyən xeyli sual var. Əlbəttə, Türkiyədəki bəzi şirkətlərə ünvanladığımız suallara cavab gəlincə, mənfi reputasiyalı, daim ölkəyə gələn dini sektaların əlaltısı olmağı özünə sığışdıran din dəllallarıının əsl simasını da bir daha yırtmış olacağıq.

M.İslamoğlunun haqqında danışılan planın mərkəzi fiquru olmadığı da bəllidir. Onun özünün birbaşa xarici mərkəzlərdən idarə olunduğu da məlumdur. Konkret desək, o mərkəz Böyük Britaniyanın paytaxtı Londondadır. O şəhərdə ki, "Ərəb baharı” adlanan qanlı proseslərin, Suriya böhranı və və digər beynəlxalq münaqişələr ssenariləşdirilir və icraya "yönləndirilir”. Onu da qeyd edək ki, uzun müddət islamçılarla qərbyönümlü müxalifət bir-birlərindən aralı olsa da, ”ərəb baharı” dövründə onlar birgə hərəkət edirdilər. Çünki o zaman Azərbaycanda inqilabın olması ilə bağlı Qərblə İranın mövqeyi üst-üstə düşürdü. Onun üçün müxalifətin Milli Şurasında iranyönümlülər də təmsil olunurdular.

İkinci Fətullah Azərbaycanda!

Şübhə yoxdur ki, Azərbaycanin müvafiq dövlət qurumları, ölkəmizə qarşı hazırlanan istənilən beynəlxalq planı ifşa edərək, zərərsizləşdirmək qüdrətindədir. Əminik ki, bizim belə diqqətimizi cəlb edən M.İslamoğlu və onun ölkədəki tərəfdarlarının düşündüyü  bu məkrli plan dövlətimizin də  nəzarətindədir və zəruri qabaqlayıcı tədbirlər görülür. Eyni zamanda, inanırıq ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də M.İslamoğlunun "İslam nədir?” kitabının Azərbaycanda nəşrinə verdiyi icazəyə yenidən baxaraq, ölkəmizin maraqlarına uyğun qərar qəbul edəcək. Əks halda, dövlətin FETÖ-dən boşaltmaq istədiyi yeri Türkiyədə belə ‘‘İkinci Fətullah’’ olaraq, qəbul edilən Mustafa İslamoğlu tutacaq… Onu Azərbaycan üçün Güləndən daha təhlükəli edən isə heç şübhəsiz İranla olan münasibətidir. Sırf sünnilik prizmasından yanaşaraq, Gülənə qarşı olan iranyönümlülərin heç biri İslamoğluna qarşı çıxmırlar, tam əksinə, Azərbaycanda ‘‘sünni alim’’ deyə, onun təbliğ olunmasından məmnundurlar.//yenicag

7News.az