XƏBƏR AXIŞI

Avtomobillərin icbari sığortasında

  • 934 nəfər oxuyub

İcbari Sığorta Bürosunun (İSB) sistemində və saytında yenilik edilib.

Bürodan verilən məlumata görə, artıq icbari sığorta sistemə qeyd edilərkən  avtomobilin növünü seçmək mümkün olmayacaq. Yəni, əvvəl avtomobilin növü olaraq minik, qoşqu və yük avtomobili olması əl ilə düzəldilirdi.  

250 manatlıq sığortanı 25 manat yazmaq olmayacaq

Bu zaman isə sığorta agentləri və ya satış nümayəndələri  avtomobilin növünü fərqli göstərməklə sığorta haqqını daha az hesablayırdılar. Məsələn,  sürücülərdən biri müraciət edərək bildirib ki, hər il icbari sığortaya 25 manat ödəyib. İndi isə ondan bunun üçün 250 manat tələb edilir. Araşdırmadan sonra məlum olub ki,  yük maşını sistemə qoşqu olaraq qeyd edilib. Nəticədə də sığorta haqqı az hesablanıb.  Bürodan verilən məlumata görə, dəyişikliyə əsasən artıq  bu tipli endirim və sığorta dələduzluğu hallarının sayı azalacaq./fins.az

7News.Az