XƏBƏR AXIŞI

Avropanın bombardirləri — siyahı

  • 225 nəfər oxuyub
UEFA 2016-ci ildə Avropada klub səviyyəli turnirlərdə ən çox qol vuran futbolçuların siyahısını tərtib edib.

7news.Az-ın qol.az-a istinadən yaydığı xəbərə görə, siyahının ilk  pilləsində "Barselona"nın hücumçusu Lionel Messi qərarlaşıb. O, 49 oyunda 50 qol vurub. Luis Suares ("Barselona) ikinci, Zlatan İbrahimoviç (PSJ) üçüncü olub.

Avropada klub səviyyəli turnirlərdə ən çox qol vuran 11 futbolçu aşağıda adları qeyd olunanlardır:

1. Lionel Messi ("Barselona") - 49 oyunda 50 qol
2. Luis Suares ("Barselona") - 48 oyunda 47 qol
3. Zlatan İbrahimoviç (PSJ/"Mançester Yunayted") - 50 oyunda 47 qol
4. Robert Levandovski ("Bavariya") - 48 oyunda 39 qol
5. Kriştiano Ronaldo ("Real") - 42 oyunda 38 qol
6. Edinson Kavani (PSJ) - 48 oyunda 36 qol
7. Serxio Aquero ("Mançester Siti") - 44 oyunda 35 qol
8.  Qonzalo İquain ("Napoli"/"Yuventus") - 43 oyunda 33 qol
9. Pyer-Emerik-Obameyanq ("Borussiya") - 43 oyunda 32 qol
10. Fedor Smolov ("Krasnodar") - 33 oyunda 29 qol
11. Aleksandr Lakazette ("Lion") - 39 oyunda 29 qol