Avropa Şurasının baş katibi Ermənistana çağırış etdi

Avropa Şurasının baş katibi Ermənistana çağırış etdi
Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilmiş Azərbaycan əsgərinin cəsədinin qaytarılmasına çağıran bəyanatı yayılıb.

7news.Az AzərTac-a istinadən xəbər verir ki, bəyanatda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin humanitar aspektlərindən narahatlıq ifadə olunub. Baş katib dekabrın 29-da baş vermiş hadisənin ölümlə nəticələnməsindən və Ermənistan silahlı qüvvələrinin həlak olmuş Azərbaycan əsgərinin cəsədini hələ də saxlamaqda davam etməsindən məlumatlı olduğunu bildirib.

T.Yaqland tərəfləri atəşkəsə əməl etməyə çağırıb və ATƏT-in Minsk qrupunun 2010-cu il Həştərxan Sammitində əldə edilmiş razılaşmalara uyğun olaraq cəsədin təxirə salınmadan qaytarılması ilə bağlı tələbini tam dəstəklədiyini qeyd edib.
 
7news.Az

Xəbər lenti