XƏBƏR AXIŞI

ASGA Rusiya nümayəndəliyi İstanbulda baş verən terrorla bağlı bəyanat yayıb - FOTO

  • 279 nəfər oxuyub

Azərbaycan Slavyan Gənclər Assosiyasiyasının Rusiya nümayəndəliyi Türkiyənin İstanbul şəhərində baş verən terror bağlı bəyanat yayıb. Bu barədə ASGA Rusiya nümayəndəliyinin sədri Toğrul Allahverdili məlumat verib Bəyanatda deyilir : "Hörmətli Türkiyə Respubilkasnın prezidenti cənab R.T.Ərdoğan və qardaş Türkiyə xalqı! Biz, Rusiya Fedarasiyasında yaşayan azərbaycanlılar və Azərbaycan Slavyan Gənclər Assosiyasiyasının Rusiya nümayəndəliyi olaraq, 10.12.2016 tarixində İstanbulda baş vermiş terror hadisəsini üzüntü ilə eşitdik. Azərbaycandan kənarda yaşayan azərbaycanlılar olaraq, bizlər də qardaş Türkiyə dövlətinin daxilində sabitliyi pozan, ölkənin müstəqilliyini təhdid edən, dinc əhalini və şərəfli Türk polisini hədəfə alan terror hadisəsini qınayırıq.

Əsası Ulu Öndəri Heydər Əliyev tərəfindən qoyulan Türkiyə-Azərbaycan qardaşlığı, bu cür xoşagəlməz hadisələrdə bizi biraz daha birləşdirir. Biz xaricdə yaşayan Azərbaycanlılar olaraq qardaş Türkiyə dövlətini tək dövlət, tək millət və tək bayraq olaraq qəbul edir və Rusiyada yaşayan Azərbaycanlı gınclər olaraq qardaş Türkiyə xalqı və dövlətinin yanında olduğumuzu bir daha bəyan edir, Uca Allahdan Şəhid olan qardaş bacılarımıza Allahdan rəhmət, yaralıların tezlikcə şəfa tapmasını diləyir, xalqa isə səbir və dözüm arzu edirik”.