ASAN Master-2 layihəsi çərçivəsində Binəqədi rayon İcra Hakimiyyətində təcrübəyə başlamış 10-cu qrup ASAN könüllüləri ilə Gənclər Evində görüş keçirilibdir.

ASAN Master-2 layihəsi çərçivəsində Binəqədi rayon İcra Hakimiyyətində təcrübəyə başlamış  10-cu qrup ASAN könüllüləri ilə Gənclər Evində görüş keçirilibdir.

 

       Keçirilən görüşdə Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, Binəqədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova və RİH-də təcrübə keçən ASAN könüllüləri iştirak ediblər.

      Könüllülər ilk öncə Binəqədi Gənclər Evinin inzibati binası ilə tanış olublar və onlara Gənclər Evi haqqında geniş məlumat verilibdir.

        Daha sonra Gənclər Evinin akt zalında ASAN könüllüləri ilə görüş keçirilibdir.

      Görüşdə Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov Gənclər Evinin fəaliyyəti ilə bağlı təqdimat edib və Gənclər Evinin həyata keçirdiyi layihələr haqqında geniş məlumat veribdir.

        Sonra Binəqədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova Binəqədi rayonunda Azərbaycan Respublikası Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq aparılan abadlıq-quruculuq işlərindən, o cümlədən həyata keçirilən layihələr, tədbrilər haqqında geniş məlumat veribdir. Eyni zamanda natiq Binəqədi rayonun rəsmi Facebook səhifəsinin təqdimatını edib və sosial şəbəkələrdə rayonun fəaliyyəti haqqında geniş məlumat veribdir.

         Təqdimatlardan sonra ASAN könüllüləri ilə görüş çay süfrəsi ətrafında davam edibdir./İcmal.Az

 

 

7News.Az

Xəbər lenti