“ASAN könüllüləri”nin növbəti 8-ci qrupu Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçməyə başlayıblar

“ASAN könüllüləri”nin növbəti 8-ci qrupu Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçməyə başlayıblar

18 aprel tarixində Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçməyə başlayan "ASAN Könüllüləri Gənclər Təşkilatı”nın Master-2 layihəsi çərçivəsində 8-ci qrupunun üzvləri ilə görüş keçirilmişdir.

Görüşdən öncə könüllü gənclər YAP Binəqədi rayon təşkilatının inzibati binası, Heydər Əliyev adına istirahət parkı, Binəqədi RİH başçısı Aparatının inzibati binası ilə tanış olmuşlar və onlara ətraflı məlumat verilmişdir.

Tanışlıqdan sonra könüllü gəncləri Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva qəbul etmiş və natiq görüş zamanı bildirmişdir ki, cənab Prezident İlham Əliyevin tapşırığı ilə yaradılmış ASAN xidmətin ölkədə korrupsiyaya qarşı mübarizə sahəsində əhəmiyyətindən və bütövlükdə məmur-vətəndaş münasibətlərində şəffaflığın təmin olunmasındakı rolu olduqca böyükdür və siz gənclərin bu işə könüllü qoşulmasını isə olduqca əhəmiyyətlidir. Natiq onu da qeyd edibdir ki, gənclərin könüllü olaraq məhz Binəqədi rayon İcra Hakimiyyətini seçməsi sevdirici haldır və onlara bu işdə uğurlar diləyibdir.

Sonra gənclər Binəqədi RİH başçısı Aparatında iki aylıq iş təcrübəsinə başlamış, onlar peşə istiqamətlərinə uyğun olaraq öz istəklərinə əsasən müvafiq şöbələr üzrə bölüşdürülmüşlər.

 
7News.az
 

Xəbər lenti