XƏBƏR AXIŞI

Arvadının başqa kişi ilə qaçdığını Facebook-da paylaşdığı FOTO aşkara çıxardı

  • 126 nəfər oxuyub

Odun içindən qonşuları tərəfindən xilas edilən azyaşlı Y.T. ögey anası tərəfindən tərk edilib.

Hadisə günündən bu yana yoxa çıxan qadının ögey oğlunu evə kilidləyib, başqa bir kişi ilə qaçdığı ortaya çıxıb.

Y.T. -nın atası yoldaşının onu tərk etdiyini sosial şəbəkədən başqa bir kişiylə birlikdə çəkilmiş fotosunu paylaşdıqdan sonra öyrənib. 

Antaliyada yaşayan kişi - 37 yaşlı Mustafa Turşah yanğında bir gecədə həm evini, həm imam nikahlı yoldaşını, həm də 67 min TL dəyərindəki mal-mülkünü itirib. Mustafanın tək təsəllisinin oğlunun qonşuları tərəfindən yanmaqdan xilas edilməsi olub.

22 ildir Muratpaşa rayonunda yaşayan Mustafa Turşah 3 gün əvvəl axşam saatlarında şirkətdəki işinə görə evdən çıxıb. Bir neçə saat sonra Turşaha evinin yandığı və uşağının son anda xilas edilərək xəstəxanaya çatdırıldığı haqda məlumatı verilib. Xəstəxanaya gedən Mustafa Turşaha 7 yaşlı oğlu Y.T.-nin "Anam məni qoyub, getdi" sözlərindən sonra atası imam nikahlı həyat yoldaşı M.K-ya zəng etsə də, cavab verən olmayıb. Xəstəxanadan evə gələn Mustafa arvadının hələ də evə gəlmədiyini və yığdığı 24 min və 15 min TL dəyərindəki zinət əşyalarının yerində olmadığını görüb. Yoldaşına aldığı avtomobilin də yerində olmadığını görən Mustafa Turşaha ən böyük zərbəni isə həyat yoldaşının başqa biriylə qaçdığını sosial şəbəkə hesabından öyrənərkən alıb.

 

Mustafa Turşah "Yoldaşıma hər mövzuda dəstək oldum. Mən, oğlum və o -  üçümüz bu evdə yaşayırdıq. Onun uşaqlarına da kömək edirdim. 3 gün əvvəl də axşam işə getdim. Bir neçə saat sonra zəng gəldi, evimdə yanğın olduğuna dair. Evə gəldim, xəstəxanaya çatdırılan uşağımın yanına getdim. Yoldaşıma zəng etdim, zəng çatmadı. Yoldaşımın başqa bir adamla qaçdığını sosial şəbəkə hesabından paylaşdığı foto ilə öyrəndim" deyib.

Turşah həyatına qaldığı yerdən davam edəcəyini deyib: "Oğluma baxmaq üçün mübarizəmə davam edəcəm. Sıfırdan yeni bir həyat quracağam. Çətin olacaq, amma Allah bir qapı açar, kömək edər. Evimizin təxminən 15 min xərci var. Bunu qarşılayacaq vəziyyətdə deyiləm. Səlahiyyətlilər, ya da xeyriyyəçilər kömək etsə, mən yerdə qalanını çalışıb, edə bilərəm. Bu yaşadıqlarım mənə həyatımın dərsi oldu".

Alovların arasından qapı qırılıb qonşular tərəfindən xilas edilən Y.T. "Evdə tək idim. Soyuducunun üzərindəki çaxmağı stolun üstünə çıxaraq götürdüm. Oynayarkən kağızlar alovlandı. Qapını bağladım ki, alov evə yayılmasın. Sonra qonşular gəlib məni qurtardı. Ana qardaşlarımın (ögey) yanına gedib, gələcəyini söylədi. Amma başqa birinin yanına gedibmiş" deyib./milli

 

7news.Az