AMOR-dan nümunəvi addım: Rusiyada aviaqəzada həlak olanların xatirəsinə hörmət əlaməti olaraq bayram tədbirinin vaxtını dəyişib

AMOR-dan nümunəvi addım: Rusiyada aviaqəzada həlak olanların xatirəsinə hörmət əlaməti olaraq bayram tədbirinin vaxtını dəyişib

Rusiya Azərbaycanlı Gənclər Birliyi (AMOR) Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar bu gün keçirilməsi planlaşdırılan bayram tədbirinin vaxtını dəyişib.

 

AMOR-un İdarə Heyətinin üzvü Emin Hacıyevin APA-nın Moskva müxbirinə verdiyi məlumata görə, tədbirin vaxtının dəyişdirilməsinə səbəb Qara dənizdə Tu-154 təyyarəsinin qəzaya uğraması nəticəsində 92 nəfərin ölümü ilə bağlı Rusiya ərazisində matəm günü elan olunmasıdır: "Biz də təşkilat olaraq bu günə planlaşdırılan bayram tədbirinin vaxtını faciəvi qəzada həlak olanların xatirəsinə hörmət əlaməti olaraq dəyişdik. Tədbir sabah keçiriləcək".
 

Qeyd edək ki, dekabrın 25-də Soçi şəhərindən Suriyadakı Hmeymim aviabazasına uçan Rusiya MN-nin Tu-154 təyyarəsi havaya qalxandan bir neçə dəqiqə sonra radarlardan itib. Təyyarənin qalıqları Soçidən 1,5 km aralıda Qara dənizdə tapılıb. Qəza nəticəsində təyyarədə olan 92 nəfər ölüb. Ölənlərin əksəriyyəti Rusiya Müdafiə Nazirliyinin Aleksandrovski xor ansamblının üzvləri olub.  

Xəbər lenti