XƏBƏR AXIŞI

Almaniyadan Türkiyəyə qarşı daha bir qərəzli - Addım

  • 566 nəfər oxuyub

Türkiyənin ədliyyə naziri Bəkir Bozdağla iqtisadiyyat naziri Nihat Zeybəkçinin Almaniyanın Köln şəhərindəki tədbirlərinin ləğvindən sonra indi də keçmiş iqtisadiyyat naziri Taner Yıldızın toplantısı ləğv olunub.

"Qafqazinfo”nun "Milliyet”ə istinadən verdiyi məlumata görə, Taner Yıldızın Frankfurt yaxınlığındakı Kelsterbaç qəsəbəsinin bələdiyyəsinə məxsus "Conference&Event Center”də bu gün saat 19:30-da keçirilməsi nəzərdə tutulan konfransı salonun kirayə müqaviləsinə xitam verildiyinə görə ləğv olunub.

Xatırladaq ki, Türkiyənin ədliyyə naziri Bəkir Bozdağın da iştirakı ilə Almaniyada yaşayan türklərlə planlaşdırılan görüşü fevralın 2-də ləğv edilib. Bu hadisə iki ölkə arasında ciddi diplomatik qalmaqal yaradıb. Almaniyanın Ankaradakı səfiri Martin Erdmann Xarici İşlər Nazirliyinə çağırılaraq ona Türkiyənin etirazı şifahi və yazılı nota ilə çatdırılıb.