XƏBƏR AXIŞI

Almaniya Bundestaqı və yəhudi (ivrit) dili

  • 1488 nəfər oxuyub
Yazıya əlavə edilən - gördüyünüz bu şəkilləri 2013-cü ildə Almaniya Bundestaqında keçirilən görüşlər zamanı çəkmişəm. Öncə xeyli maraq və təəccüblə baxsam da, sonra kitab ticarəti dövriyyəsinin illik həcminin 14 milyard avro olduğu ölkədə parlament binasının divarlarına kitabların yapışdırılmasının təbii hal olduğunu qəbul etdim. 
 
Statistikaya görə Almaniya əhalisi (o cümlədən əhalinin əksəriyyətini təşkil edən almanlar) dünyada ən çox mütailə edənlər sırasında ön yerlərdə gəlir. Ancaq dünən Almaniya Bundestaqı uydurma “erməni soyqırımı”nın tanınmasını nəzərdə tutan qətnamə layihəsini qəbul edəndən sonra belə başa düşdüm ki, almanlar yalnız özlərinə sərf edən məlumatları oxuyurlar. Əks halda ermənilərin bir əsrdə iki dəfə (XX əsrin əvvəlində və sonunda) Qafqaz və Anadolunun dinc, silahsız türk-müsəlman əhalisinə qarşı həyata keçirdiyi soyqırım hadisələrinə dair müxtəlif dillərdə, o cümlədən alman dilində də mövcud olan tarixi nəşrləri oxuyub həqiqətin tərəfində olardılar. Əgər belə deyilsə ümid edirəm ki, alman seçicisi növbəti seçkilərdə sözügedən qətnamə layihəsinin lehinə səs vermiş təmsilçilərinə lazım olduğu yeri hökmən göstərəcəklər...
 
Əksinə, tarixi həqiqətlərin təhrif olunması yolu ilə Türk dünyasına və onun ən böyük dövləti olan Türkiyəyə qarşı mübarizəni məqbul sayacaqlarsa onda gərək bundan sonra Azərbaycan və Türkiyə erməni yalanları, ermənilərin cəmi 25 il öncə Qarabağda və digər həmsərhəd rayonların ərazisində (misal üçün Qazax rayonunun Bağanis Ayrım kəndi) törətdikləri vəhşiliklərə dair materialları almanların daha yaxşı başa düşdükləri dildə nəşr edib yaymağa yaymağa başlamalıdırlar. Bu yəhudi, ivrit dilidir.
 
Almanların qaz kameralarında kütləvi şəkildə boğduqları, əlilliyi olan şəxslərə, körpələrə belə rəhm etməyərək diri-diri yandırdıqları, bədən orqanlarından müxtəlif əşyalar düzəltdikləri 6 milyon yəhudinin ana dilində...
 
Elməddin Behbud
QHT-lərə Dövlət Dəstəyi Şurasının mətbuat xidmətinin rəhbəri
 
7News.Az
 
 

OXŞAR XƏBƏRLƏR