Qalmaqalı müğənni Afaq Aslan Ukraynada keçirilən gözəllik müsabiqəsinin qalibi olub.

Xanım müğənni "мисс вселенная 2017” müsabiqəsini birinciliklə başa vurub. Bu barədə müğənni özü məlumat verib.

"Mənim bir hədəfim var idi. İllərdir hədəfimə doğru gedən yolda heç kimin tənqidlərinə və tutulduğum qınaq obyektlərinə baxmayaraq heç kimin fikri məni hədəfə gedən yoldan döndərə bilmədi. Nəhayət ki, bu gün öz hədəfimə çatdım. Mən bütün dünyaya sübut etdim ki, bəşəriyyətin ən gözəl qadınları Azərbaycan qadınlarıdır. Mən Azərbaycana birincilik gətirməklə bir daha sübut etmiş oldum ki, Azərbaycan qadınları həqiqətən də dünyaya meydan oxuya biləcək gözəlliyə sahibdirlər".

Müğənni bildirib ki, müsabiqədə 23 ölkə iştirak edib./goldnews