ABŞ və Venesuela arasında gərginlik artır — Hərbi müdaxilə planı masada

ABŞ və Venesuela arasında gərginlik artır — Hərbi müdaxilə planı masada
ABŞ-la Şimali Koreya arasında gərginlik davam edir.

Bu gərginlik fonunda ABŞ prezidenti Venesuelaya hərbi müdaxilənin mümkün olduğunu bəyan edib.

Tramp bəyan edib ki, Venesuelada baş verən böhranla bağlı hərbi müdaxilə planı da masadadır.

Xarici işlər naziri Reks Tillerson və BMT-dəki daimi nümayəndə Nikk Haley ilə görüşdən sonra mətbuat konfransı verən Tramp deyib: "Venesuela üçün bir neçə variantımız var. Hərbi müdaxilə versiyası da bunun içindədir".

Venesuelanın ABŞ-a qonşu olduğunu qeyd edən Tramp: "Bu bizim qonşumuzdur. Dünyanın hər yerində, çox çox uzaq yerlərdə də hərbi birləşmələrimiz var. Venesuela da çox uzaqda deyil və insanlar əziyyət çəkirlər. Venesuela ilə bağlı müxtəlif planlarımız var. Hərbi müdaxilə planı da bunların içindədir"-deyib.

Trampın bu fikrinə Venesuelanın müdafiə naziri rekasiya verib: "Müdafiə naziri olraq və bir vətəndaş olaraq bunun çılğın bir hərəkət olduğunu deyə bilərəm. ABŞ hökumətində ifrat elit bir qrup var. Hazırda nə olduğunu və dünyaya nə olacağını deyə bilmirəm. Əgər bəşəriyyətin sonu çatıbsa? Və ya planetin sonu çatıbsa?"/olke.az
 
7news.Az

Xəbər lenti