ABŞ prezidentindən açıqlama: "Şimali Koreya çox qısa müddətə peşman olacaq"

ABŞ prezidentindən açıqlama:
ABŞ prezidenti Donald Tramp Şimali Koreya mövzusunda yeni açıqlama verib.

Tramp açıqlamasında Şimali Koreyanın ABŞ-ı və müttəfiqlərini təhdid etməyə davam etməsi halında peşman olacağını söyləyib.

ABŞ lideri Nyu Cersinin Bedminster şəhərindəki qolf klubunda keçirdi mətbuat konfransında deyib: "Əgər Şimali Koreya lideri Kim Çen İn yenə də açıq-aşkar hədə-qorxu gəlsə, Quam və ya ABŞ və müttəfiqlərinin torpaqlarındakı hansısa yerə yönəlik bir addım atsa, ən qısa müddətə peşman olacaq". 

Tramp bildirib ki, Şimali Koreyanın əməlləri cavabsız qalmayacaq: "Ümid edirəm ki, nə dediyimin ağırlığını tam başa  düşərlər. Nə söylədimsə, onu nəzərdə tutdum"./olke.az
 
7news.Az

Xəbər lenti