XƏBƏR AXIŞI

Ağaxan Abdullayevlə vida mərasimindən FOTOLAR

  • 153 nəfər oxuyub

Xalq artisti Ağaxan Abdullayevlə vida mərasimi başlayıb.

7News.az xəbər verir ki, Suraxanı Mədəniyyət Mərkəzində keçirilən mərasimdə mərhumun ailəsi, yaxınları, onu sevənlər iştirak edirlər.

Ağaxan Abdullayev 1950-ci ildə Bakı şəhərinin Əmircan kəndində anadan olub. 1973-cü ildə Əbilov adına Mədəniyyət evində muğam ixtisası üzrə müəllim vəzifəsinə dəvət olunub. 1977-ci ildən A.Zeynallı adına musiqi məktəbində muğam müəllimi kimi çalışıb.

1975-ci ildə filarmoniyanın səhnəsində fəaliyyətə başlayıb. Rusiya, Qazaxıstan, Gürcüstan, Özbəkistan, ABŞ, Kanada, Almaniya, Hollandiya, İsveç, Belçika, Avstriya, Fransa, Avstraliya, Hindistan, İraq, Tunis, Türkiyə, İran və s. ölkələrdə konsert proqramları ilə çıxışlar edib. Bir çox beynəlxalq və dövlət mükafatları ilə təltif olunub.

Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Ədalət Vəliyev, tanınmış sənət adamları - Siyavuş Kərimi, Alim Qasımov, Arif Babayev, Canəli Əkbərov və Bəyimxanım Vəliyeva iştirak edirlər.

7News.az