XƏBƏR AXIŞI

486 müəllim imtahandan imtina edib

  • 880 nəfər oxuyub

16-17 iyun tarixlərində mərkəzləşmiş qaydada keçirilən müəllimlərin yerdəyişməsi müsabiqəsində elektron ərizəsi təsdiqlənmiş 2107 nəfərdən 1621 nəfəri (76.93%) imtahanda iştirak edib.

Təhsil Nazirliyindən bildirilib ki, ingilis dili, coğrafiya müəllimləri imtahanda yüksək nəticə göstərib. 

Sözügedən müsabiqənin test mərhələsində keçid balını toplaya bilməyən müəllimlərin əksəriyyəti isə texnologiya, musiqi və fiziki tərbiyə müəllimləridir.

Nəzərinizə çatdırırıq ki, hazırda müsabiqədə keçid balı toplayan müəllimlər üçün vakansiya seçimi mərhələsi keçirilir. Növbəti mərhələ müsahibə mərhələsi olacaq./azvision.az

7News.Az