XƏBƏR AXIŞI

30 ildir belə qol görməmişdim - VİDEO

  • 363 nəfər oxuyub

İngiltərə Premyer Liqasının 19-cu turunda evdə "Kristal Pelas”ı 2:0 hesabıyla məğlub edən "Arsenal”ın baş məşqçisi Arsen Venger komandasının ilk qolunu o ki var tərifləyib.

7News.az xəbər verir ki, fransız mütəxəssis yerli mətbuata açıqlamasında qələbəylə yanaşı, Olivye Jirunun qoluna xüsusilə sevindiyini deyib:

"Bu günə qədər görmədiyim gözəllikdə qol idi. Oyunçularıma həmişə gözəlliyin istedadda olduğunu deyirəm. İncəsənətdə olduğu kimi, sehrli, möhtəşəm və sürpriz bir hərəkət idi. Jirunun bu cəhdi məni xoşbəxt etdi.

Bu qol, fərdi bacarığın əsas rol oynadığı, komanda oyununun nəticəsi idi - balet kimi. Məşqlərdə bu cür qollar vurur, ancaq 30 ildi belə qol görməmişdim. Top arxasında və yüksəkdəydi. Beləsini xatırlamıram”.

Jiru cari mövsümdə meydana çıxdığı 12 oyunda 5 qola imza atıb.//publika.az

7News.az