RU
lombard
Binəqədi rayonunda  ümumrayon iməcliyi keçirildi
12:16
606

Binəqədi rayonunda ümumrayon iməcliyi keçirildi

15 aprel 2017-ci il tarixdə Binəqədi rayonunda ənənəvi olaraq müxtəlif ərazilərdə təmizlik və abadlıq aksiyaları, ümumrayon iməcliyi keçirildi.

Binəqədi rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən aksiyada Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın əməkdaşları, YAP Binəqədi rayon təşkilatının əməkdaşları və Gənclər Birliyinin fəalları, Binəqədi rayon Yaşıllaşdırma İdarəsinin əməkdaşları, eləcə də rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi, rayonun bələdiyyələri, həmçinin ayrı-ayrı idarə, müəssisə və təşkilatları, ümumilikdə 2500 nəfər fəal iştirak etdilər.

Aksiyalar çərçivəsində ətraf mühit, insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantılarından təmizləndi, abadlıq işləri görüldü. Binaların həyətindəki uşaq qurğuları, oturacaqlar, söhbətgahlar təmir edilərək rəngləndi. Binaların qarşısında bardurlar yenidən bərpa olundu, bloklar cari təmir edildi. Ağacların qurumuş budaqları budanaraq, dibləri belləndi. Həmçinin, binaların həyətində, məhəllədaxili parkda yeni ağaclar əkilərək sakinlərin ixtiyarına verildi.

Ümumrayon iməcliyi zamanı 7-ci mikrorayon Abay Kunanbayev küçəsi 1və 2 saylı binaların qarşısında və 719 saylı binanın arxasında ümumilikdə 1500 ədəd ağac əkildi. Cəfər Xəndan küçəsində 1000 m2ərazidə qazon salındı, Bakı-Sumqayıt və Azadlıq prospekti yolları boyunca 2000 gül əkildi. İbrahimpaşa Dadaşov küçəsində aparılan təmir işləri çərçivəsində yolun asfalt-beton örtüyü yenidən döşəndi. Vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişini təmin etmək məqsədi ilə mövcud piyada səkiləri də bərpa olunaraq asfaltlandı. Ümumilikdə 10 min m2-dən çox sahə asfaltlanaraq sakinlərin ixtiyarına verildi.

Bayram əhval-ruhiyyəsində keçən ümumrayon iməcliyində rayonun məktəbəqədər təhsil müəssisələri də fəal iştirak etdilər. 272, 151 və 177 saylı körpələr evi-uşaq bağçalarının balaca fidanları isə maraqlı kompozisiyaları, rəqsləri ilə bu aksiyaya öz töhvələrini verdilər.

Təmizlik aksiyasının sonunda iştirakçılar üçün çay süfrəsi təşkil olundu.

Təmizliyin qorunmasında mühüm əhəmiyyət kəsb edən ictimai dəstəyə nail olmaq məqsədilə belə aksiyaların ənənəvi şəkildə keçirilməsi planlaşdırılır.


 

7News.az


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ