XƏBƏR AXIŞI

“Moody’s”dən MDB ölkələrinin iqtisadiyyatı ilə bağlı açıqlama

  • 52 nəfər oxuyub

Geosiyasi münaqişələr MDB ölkələrinin iqtisadiyyatında əsas çəkiyə malik olacaq. Qərbin Şərqi Ukrayna hadisələri ilə bağlı Rusiyaya qarşı sanksiyalar tətbiq etməsi, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin daha da artması buna təsir edən amillərdəndir.

Bu barədə "Moody’s” Beynəlxalq Reytinq Agentliyinin MDB üzrə açıqladığı hesabatında deyilir.

Sənəddə MDB-nin 9 ölkəsinin öz qonşuları ilə münaqişəli vəziyyətdə olduğu qeyd edilir:
"Yalnız Belarus və Qazaxıstanın qonşularla sərhəddə hər hansı bir problemi yoxdur”./report

 

7news.Az